İdman

“Arsenal” belə davam etsə, titul qazanmaq ehtimalı azalacaq” – Ceymi Karrager

“Arsenal” belə davam etsə, titul qazanmaq ehtimalı azalacaq” – Ceymi Karragerbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un sabiq müdafiəçisi, hazırda “Sky Sports”un eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager “Arsenal”ın çempionluq şansını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, tanınmış futbol veteranı belə danışıb:

“Hələ yolun üçdəbir hissəsi geridə qalıb. Fikrimcə, “Arsenal” belə davam etsə, titul qazanmaq ehtimalı azalacaq. “Topçular”ın çox oyunda bəxti gətirib. Məsələn, “Brentford”la son qarşılaşmada Ramsdeylin səhvini və rəqibin əldən verdiyi fürsəti yada salaq. Təbii ki, 1:0 qalib gəldiyiniz oyunları 0:1 hesabı ilə uduza da bilərsiniz”.

Qeyd edək ki, 13 tura 30 xal toplayan “Arsenal” turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub. 29 xala malik “Mançester Siti” 2-ci, “Liverpul” (28 xal) 3-cü sıradadır.