London “Arsenal”ı yarımmüdafiəçi Martin Edeqor ilə bağlı qərarını verib.
Fanat.Az məlumatına görə, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
“Topçular”ın Martinlə müqavilə yeniləmək üçün danışıqlara başladığı və tərəflərin razılığa gəlmək ehtimalının yüksək olduğu bildirilib.
“Arsenal” Edeqoru 2021-ci ilin avqustunda, 35 milyon avro qarşılığında “Real Madrid”dən alıb. Onun İngiltərə təmsilçisi ilə indiki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı 24 yaşlı norveçlinin transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Follow @7timesaz