İdman

“Arsenal”ın futbolçusu sıradan çıxdı

“Arsenal”ın futbolçusu sıradan çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London “Arsenal”ı mərkəz yarımmüdafiəçisi Tomas Parteyi itirib. 

Fanat.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu komandanın məşqində zədələnib.

Bu barədə “Arsenal”ın baş məşqçisi Mikel Arteta məlumat verib.

O, Parteyin bir müddət oynamayacağını bildirsə də, yaşıl meydanlara konkret nə vaxt qayıdacağını açıqlamayıb. Futbolçu zədə səbəbindən, yığmaların oyunlarına görə yaranan fasilədə Qana millisinin düşərgəsinə də getməyəcək.

Partey bu mövsüm “topçular”ın heyətində bütün turnirlərdə 4 oyuna çıxıb.