İdman

Arteta “Arsenal”ın sabiq ulduzunun geri qayıtmasına icazə vermədi

Arteta “Arsenal”ın sabiq ulduzunun geri qayıtmasına icazə vermədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın sabiq ulduzunun geri qayıtmasına icazə verməyib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı “Daily Mail” yayıb.

Mənbə 34 yaşlı çilili hücumçu Aleksis Sançesin ispan mütəxəssisə zəng vuraraq azad agent qimində komandaya qoşulmaq istədiyini, lakin Artetanın ona “yox” dediyini açıqlayıb. “Topçular”ın çalışdırıcısının cənubi amerikalı forvarda daha gənc oyunçuların xidmətindən istifadə etmək istədiyini dediyi vurğulanıb.

Qeyd edək ki, Sançes 2014-2018-ci illər aralığında “Arsenal”da oynayıb. O, son mövsümü “Olimpik Marsel”də keçirib.