Dünya

“Artıq Putinlə…” – Zelenskidən Rusiyanın Ukraynada keçirdiyi referenduma REAKSİYA

“Artıq Putinlə…” – Zelenskidən Rusiyanın Ukraynada keçirdiyi referenduma REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski keçirilən referendumlara reaksiya verib.

7Times.az bildirir ki, ölkə başçısı bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizlik” mövzusunda keçirilən iclasında danışıb.

O, referendumları Krımın ilhaqı prosesinə bənzədib.

“Rusiyanın saxta referendumları normal qarşılaması, Krım ssenarisi ilə Ukrayna ərazisini ilhaq etmək cəhdi o deməkdir ki, Putinlə danışmağa heç nə qalmayacaq. İlhaq onun bütün bəşəriyyətə qarşı atdığı addımdır”, deyə Zelenski söyləyib.

Qeyd edək ki, dünən başa çatan referandumda Luqansk vilayətində əhalinin 98,42 faizi, Xersonda 87,5 faizi, Zaporojyedə isə əhalinin 93,11 faizi Rusiyaya birləşməyə razılıq verib. Donbassdakı 3 bölgədə qeyri-müəyyən nəticələrə görə, Rusiyaya birləşmə qərarı verilib, Donetsk vilayətində səslərin 56,85 faizinin hesablanması tamamlanıb. Digər 3 regionda olduğu kimi Donetskdə də eyni nəticə gözlənilir.