İdman

“Artıq uduzmaqdan qorxmuram” – Qurban Qurbanov

“Artıq uduzmaqdan qorxmuram” – Qurban Qurbanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

.”Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Bəzi futbolçularımız meydanda olmasa da, komandamın çıxışından razı qaldım. Azarkeşlərimizə isə təşəkkür edirəm”.

7times.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Toral Bayramovun yoxluğunda Kevin Medinanın sol cinahda yer alması variantlardan biridir: “Bəzi futbolçuları lazım gəldikdə, müxtəlif mövqelərdə sınayırıq. Bəzən zədələr olduqda bunlardan yararlanırıq. Maksim Medvedevə isə bəzi tapşırıqlar verilmişdi. Ona görə o, cinahda çıxış etmədi. Bəzi detallar var idi, bunları burada xırdalamasaq yaxşıdır”.

Qurbanov oyundan-oyuna statistika apararaq, kimlərin nə vaxt yorulduqlarına baxdıqlarını söyləyib.

“Bu dəfə məni Ramil Şeydayev və Musa Qurbanlının qol vurması yox, qələbə sevindirdi. Şeydayev artıq daha inamlı olmağa başlayır. Onun istəyi və bizim tələblərimiz Ramilə daha da güc verir” deyən baş məşqçi qış transferinə hazırlığı işlərinin bir hissəsi adlandırıb. O, hər transfer pəncərəsində bir neçə oyunçu cəlb etməyi və mövcud heyəti qorumağı düşündüklərini vurğulayıb: “Bu tempi qorumaq asan deyil. Hər oyunda qalib gəlmək istəyirsən. Qışda da çalışacağıq ki, heyətə bir neçə oyunçu cəlb edək. Yayda alınmayan variantların qışda baş tutmasını istərdik”.

Baş məşqçi azarkeşlər barədə də fikirlərini bildirib: “Etik qaydalara əməl etməyi xoşlayıram. Düşünürəm ki, qarşıda daha maraqlı şüarlar eşidəcəyik. “Neftçi”nin baş məşqçisi Samir Abasov barədə fikirlərin olmamasının tərəfdarıyam. Get-gedə bir fikri təkrarlayanda dəyəri aşağı düşür. Özünə göstərilən qırmızı vərəqəyə görə belə deyib. Abasovla münasibətimiz çox yaxşıdır. Mənim barəmdə ona, onun barəsində isə mənə sual verilməməsi yaxşı olardı”.

O, 8 noyabr – Zəfər günü barədə də fikirlərini bölüşüb: “Bu zəfərə həddindən artıq sevindim. Torpaqlarımızın başqasının əlində olması bizə pis təsir edirdi. Nə vaxt həmin torpaqlara qayıdacağımız bizi İtkilərimiz, şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nə qədər çox söz desək, onların qəhrəmanlıqlarını ifadə etməyə yetməz. Bu xalqın adı geri qayıtdı. Müzəffər Ordumuz, Ali Baş Komandanımızın uğuruna çox sevinirik. Bura gələndən hər zaman özümü narahat, komandamız üzərində təzyiq hiss etmişəm. Lakin bu gün mən çox rahatam, daha da ürəkli və istəkliyəm. Nə qədər qalib gəlsək də, çalışsaq da narahatlığımız var idi ki, torpaqlarımız düşmən əlindədir. O qədər düşünürdük ki… İndi isə uduzmaqdan qorxmuram. Futbol varsa, inkişaf var. Biz də özümüzü qalib hiss edirik. Bir il ərzində evimdə, ailəmdə, komandamda hər gün zəfərdən danışırıq. Daim Ordumuzun qəhrəmanlığını izləyirəm. Bunun qarşılığını verə bilmərik. Artıq övladlarımız dünyaya qəhrəman kimi gələcəklər. İndi özümüzdən danışmağa başlayacağıq. Ağdamın komandası olaraq, çalışmışıq ki, bu adı öz əxlaqımızla meydanda və meydandan kənarda layiqincə qoruyaq, hamıya nümunə olaq. Həqiqətən şadam ki, belə bir zəfər qazandıq. Rəhbərliyimizə təşəkkür edirəm ki, belə çətin dönəmdə klubumuzu qorudular. Artıq hamı qəbul edir ki, “Qarabağ – Azərbaycandır! Bütün xalqımızı təbrik edir, övladlarını itirən analarımıza təşəkkür edirəm ki, belə övlad yetişdiriblər”./Report