İndiyədək Rusiya ilə qarşıdurmalarda təqribən 70000 hərbçi itirən Ukrayna orduya əsgər toplama işlərini sürətləndirib.
7Times.az xəbər verir ki, rəsmi Kiyev bunun üçün hərbi xidmətdən tibbi azadolmalarla bağlı qərarını sərtləşdirib.
Belə ki, artıq daha yüngül psixi pozğunluğu, HİV+ statusu və ya hepatiti olan çağırışçıların hərbi xidmətdən yayınmasına icazə verilməyəcək. Bundan əlavə, müalicə edilə bilən vərəm, yavaş irəliləyən qan xəstəliyi və yüngül qalxanvari vəzi xəstəlikləri olan vətəndaşlar da orduya çağırılacaq.
Follow @7timesaz