Müğənni Damla ötən gün Bakıda açıq havada konsert proqramı ilə çıxış edib.
Konsertdən sonra ifaçının geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə Damla uğursuz geyim tərzinə görə qınanılıb.
Yenisabah.az xəbər verir ki, ifaçını geyiminə görə tənqid atəşinə tutanlardan biri də tanınmış prodüser, teleaparıcı Tarix Əliyev olub:
“Bura mənim evimin qarşısıdır və burada bütün konsertlərdə belə insanlar çox olur. Gələk ikinci məsələyə, Damlanın geyiminə. Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Damla yaxşı qızdır, həm safdır, həm ağıllı, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq, konserti kiməsə maraqlı olmayacaq. Bir də bəzi kişicik stilistlər hansı ki, özləri arvad tumanı geyinir, Damlanı da belə geyindiriblər ki, sən CeyLosan, amma demirlər ki, CeyLo bunu daşıya bilir. Bu yazıq Damlanı arvad simalı stilistlər pis günə qoydular”.
Damlanın konsertindən olan həmin görüntüləri təqdim edirik: