“Arvadımın öpüşmə səhnələrini izləyəndə onu qısqanmıram”.
7Times.az xəbər verir ki, bunu məşhur amerikalı aktrisa Skkarlet Yohanssonun əri Kolin Yost “The New York Times”a müsahibəsində deyib. O, mükafatlandırma mərasimində həyat yoldaşının əvvəlki filmlərindən öpüşmə səhnələrindən ibarət kollaj izlədiyini deyib.
“Skarlet “American Cinematheque Awards”ı qazananda ikimiz də orada idik. Orada Skarletin öpüşmə səhnələrindən ibarət kollajı izlədik. “Yaxşı,” dedim öz-özümə, “onların hamısını bir yerdə toplaması çox gözəldir”. Bu mənim Skarletin yeni filmi “Fly Me to the Moon”da Çeninq Teydımla öpüş səhnəsini asanlıqla izləməyimə kömək oldu.
Əgər o səhnələrə baxanda qısqanclıq hiss edirəmsə, deməli problemim var və başım bəladadır”.
Qeyd edək ki, Skarlet Consonla Kolin Yost 2020-ci ildə evlənib. Cütlüyün bu evlilikdən Kosmo adlı 3 yaşlı oğlu var.
Ölkə.Az