Türkiyədə ər arvadını çölə çıxarmaq üçün, mənzilin elektrik və su sayğacını bağlayıb.
7Times.az haberler.com-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olan Mammer Özən 2 uşağının anası, həyat yoldaşını çölə çıxara bilmək üçün hiyləgər plan qurub. Evə yaxınlaşması məhkəmə yolu ilə qadağan olunan şəxs, elektrik və su sayğacını bağlayaraq xaincəsinə plan qurub. Elektrik və suyun kəsildiyini görən qadın, sayğacı yoxlamaq məqsədilə aşağı düşüb və ərinin hücumuna məruz qalıb.
24 yerdən bıçaqlanan qadının vəziyyətinin ağır olduğu bildirilib. Ər isə hadisə yerindən uzaqlaşarkən yolda tutulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar: