Nasist cinayətkarlarına bəraət vermək faciəvi nəticələrə gətirib çıxarır.
7Times.az vesti.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, tarixin saxtalaşdırılması və nasist cinayətkarlarının bəraət alması milyonlarla insan üçün faciəli, dağıdıcı nəticələrə gətirib çıxarır.
Prezident Böyük Vətən Müharibəsi haqqında həqiqəti qətiyyətlə və ardıcıl şəkildə müdafiə etməyə, SSRİ-nin faşist Almaniyası üzərində qələbəyə verdiyi töhfəyə yenidən baxılması cəhdlərinə müqavimət göstərməyə çağırıb:
“Sizin enerjiniz, qayğınız və sədaqətiniz sayəsində nasistlərin mülki şəxslərə və hərbi əsirlərə qarşı qeyri-insani vəhşiliklərinin tanınması üçün arxiv sənədlərinin və məhkəmə qərarlarının məxfiliyinin götürülməsi istiqamətində çox ciddi iş aparılır”, – Putin “Nasistlərin bəşəriyyətə qarşı cinayətləri” forumunda çıxışı zamanı bildirib.
Follow @7timesaz