Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.
7times.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, hazırda avtomobillər, eləcə də müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələri xahiş edilib.
Follow @7timesaz