Maqazin

“Aşk-ı memnu”nun aktrisasından ETİRAF: “Dedim serialın səviyyəsi aşağı düşər” – FOTO

“Aşk-ı memnu”nun aktrisasından ETİRAF: “Dedim serialın səviyyəsi aşağı düşər” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Nebahat Çehre illər sonra çəkildiyi “Aşk-ı memnu” serialı ilə bağlı bəzi etiraflar edib. 

7Times.az  xəbər verir ki, hər zaman gözəlliyi ilə adından söz etdirən aktrisa seriala çəkilərkən müəyyən şərtlər irəli sürdüyünü bildirib:

“Öpüşmürəm, eyni yatağa girmirəm. Bu kimi prinsiplərim var. Bu qərarı almaq səbəbim isə izləyicilərlə bağlıdır. Çünki tamaşaçımız bir yaşdan sonra səni o formada görmək istəmir. “Aşk-ı memnu”da mənə gənc bir sevgili rolu yazacaqdılar, “işdən ayrılaram”, – deyə öz mövqeyimi bildirdim.

Dedim ki, bunu etsəniz, sseanri məhv olar, serialın səviyyəsi aşağı düşər. O, çılğın obrazı mən zərif, eleqant bir şəxsə çevirdim. Dedim ki, ssenaridə mənim kiminləsə münasibətim olmalıdırsa, o, Rahmi Koç kimi varlı bir insan olmalıdır. Mənim üçün elə birini təşkil edin”.

Xatırladaq ki  aktrisa ekran işində  Firdevs Yöreoğlu obrazına həyat verib.

BAKU.WS