Sentyabrın 14-də Pakistanın Kəraçi bölgəsində ata dərs suallarına cavab verə bilməyən 12 yaşlı oğlunu yandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis rəisi Səlim Xan məlumat verib.
O bildirib ki, ata uşağın üzərinə kerosin töküb və onu qorxutmaq üçün kibrit yandırıb. Bu zaman alışan kibritdən oğlan yanıq xəsarətləri alıb.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şahir Xan orada iki gün sonra ölüb.
Ananın məhkəməyə müraciəti ilə ata həbs edilib.