Ölkə

ATƏT Laçın-Xankəndi yolundan narahatdır – Bujar Osmani Azərbaycana və Ermənistana səfərə hazırlaşır

ATƏT Laçın-Xankəndi yolundan narahatdır – Bujar Osmani Azərbaycana və Ermənistana səfərə hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ATƏT-in 2023-cü ildə fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Bujar Osmani Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla telefon danışı aparıb.
7Times.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Nazirlərlə söhbətlərdə Cənubi Qafqazdakı vəziyyət, xüsusilə Laçın dəhlizi ilə bağlı müzakirələr aparılıb. Nazir Osmani vurğulayıb ki, Laçın dəhlizi ətrafında vəziyyəti diqqətlə izləyir. O, bunun mülki əhalinin gündəlik həyatına təsirindən narahatlığını ifadə edib və tərəfləri gərginliyi azaltmağa, konstruktiv və məhsuldar dialoq aparmağa çağırıb.
Sədr Osmani ATƏT-in Ermənistan və Azərbaycan arasında etimadın yaradılması və münasibətlərin normallaşdırılması tədbirlərinin eləcə də problemlərin aradan qaldırılması üçün fəaliyyətdə olduğunu və davamlı sülh istiqamətində səylərə töhfə vermək üçün şəxsi iştiraka hazır olduğunu bir daha bəyan edib. Bujar Osmani bundan sonra Ermənistan və Azərbaycana ayrı-ayrılıqda səfərlər edəcəyini bildirib.
Fuad