Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.
İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq.
Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.
Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.
Follow @7timesaz