İdman

Atletika üzrə ölkə çempionatında rekord və maraqlı nəticə qeydə alınıb

Atletika üzrə ölkə çempionatında rekord və maraqlı nəticə qeydə alınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atletika üzrə 94-cü Azərbaycan çempionatının 2-ci günü rekord və maraqlı nəticələrlə yadda qalıb.

“Report” xəbər verir ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb. Bununla da Nazim Azərbaycan atletika tarixində 8 m həddinə çatan ikinci idmançı olub.

Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 m göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur. Kəsgin Abbazsadə 7.83 m nəticə ilə ölkə çempionatında ikinci yeri tutub. Bu göstərici ilə Abbaszadə U 20 və U 23 Azərbaycan rekordununa sahib çıxıb. Kəsgin bu yaş kateqoriyalarında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.