İdman

“Atletiko”dan “Qalatasaray”ın futbolçusu üçün fantastik məbləğ

“Atletiko”dan “Qalatasaray”ın futbolçusu üçün fantastik məbləğbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını İspaniyada davam etdirməyə yaxındır.

7Times.az Offsideplus.az-a istinadən  xəbər verir ki, “Atletiko” 23 yaşlı ulduzu transfer etmək istəyir. Madrid klubu bu keçid üçün “cim-bom”a 14 milyon avro ödəməyə hazırdır. Oyunçunun meneceri də bu təklifi doğrulayıb.

Kərəmlə “Volsburq”, “Lyon” və “Brenford” kimi klublar da yaxından maraqlanır.

Qeyd edək ki, adıçəkilən oyunçu bu mövsüm “Qalatasaray” formasıyla 32 matçda 7 qol və 6 məhsuldar ötürmə edib.