Dünya

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular – Fotolar

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtalyan aviaşirkəti “Alitalia”nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.

7times.az xəbər verir ki, həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, “Biz “Alitalia”yıq” deyərək qışqırıblar.

Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib.

Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik “Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan “ITA” varisi “Alitalia”dan daha kiçikdir.

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - Fotolar
Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - Fotolar
Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - Fotolar
Yenisabah.az