İdman

AVRO-2023: Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

AVRO-2023: Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.

“Report” Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də bəlli olub.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun oyunları bu il 19 – 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.