Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələdəki rəqibləri bəlli olub.
Yığmamız turnirin final mərhələsinə çıxmaq üçün Belçika, Avstriya, İsveç və Estoniya seçmələri ilə mübarizə aparmalı olacaq.
Xatırladaq ki, növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində baş tutub.
Püşkatmanın nəticələrini təqdim edirik:
A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr
B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq
C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta
D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya
E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova
F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya
G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva
H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,
İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra
J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.
***
Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. “Report”un məlumatına görə. “Festhalle” sərgi mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA Millətlər Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, ölkələr 10 qrupa bölünəcək. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alacaq və VI səbətdəki ölkələr onlara rəqib olmayacaq.
Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.
Follow @7timesaz