İdman

AVRO-2024: Bu gün B qrupunun oyunlarına yekun vurulacaq

AVRO-2024: Bu gün B qrupunun oyunlarına yekun vurulacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

7Times.az  xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

1 İspaniya 2 2 0 0 4-0 6
2 İtaliya 2 1 0 1 2-2 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1