AVRO-2024-ün seçmə mərhələsinin I turunda növbəti oyunlar keçirilib. Oxu.Az-ın məlumatına görə, B, E, F və G qruplarında ilk matçlar baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasına uduzub – 1:4. Digər qarşılaşmada Belçika səfərdə İsveçdən güclü olub – 3:0.
Son dünya çempionatının finalçısı Fransa millisi isə Niderlandı 4 cavabsız qolla üstələyib.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə edəcəyi görüşdə Bolqarıstan evdə Monteneqroya yenilib – 0:1
AVRO-2024, seçmə mərhələ
I tur
24 mart
B qrupu
Cəbəllütariq – Yunanıstan – 0:3
Qol: Giorgos Masouras, 11. Emmanouil Siopis, 45. Anastasios Bakasetas, 58
Fransa – Niderland – 4:0
Qollar: Antuan Qrizman, 2. Dayot Upamekano, 8. Kilian Mbappe, 21. 88
Xal durumu: Fransa – 3, Yunanıstan – 3. İrlandiya – 0, Cəbəllütariq – 0, Niderland – 0
E qrupu
Moldova – Farer adaları – 1:1
Qol: İon Nikolaesku, 87 (p) – Mads Boe Mikkelsen, 27
Çexiya – Polşa – 3:1
Qollar: Ladiskav Kreyçi, 1. Tomaş Kvakara, 3. Yan Kuçta, 64 – Damian Şumanski, 87
Xal durumu: Çexiya – 3, Farer adaları – 1, Moldova – 1, Albaniya – 0, Polşa – 0
F qrupu
Avstriya – Azərbaycan – 4:1
Qollar: Marsel Sabitzer, 28. 50. Mixael Qreqoritş, 29. Kristof Baumqartner, 69 – Emin Mahmudov, 64
İsveç – Belçika – 0:3
Qol: Romelu Lukaku, 35. 49. 82
Xal durumu: Avstriya – 3, Belçika – 3, Estoniya – 0, İsveç – 0, Azərbaycan – 0
G qrupu
Bolqarıstan – Monteneqro – 0:1
Qol: Nikola Krstoviç, 70
Serbiya – Litva – 2:0
Qol: Duşan Tadiç, 16. Duşan Vlahoviç, 53
Xal durumu: Serbiya – 3, Monteneqro – 3, Macarıstan – 0, Bolqarıstan – 0, Litva – 0
Follow @7timesaz