İdman

Avroliqada çıxış edən klubların büdcəsi AÇIQLANDI – “Qarabağ” ən kasıblar sırasında

Avroliqada çıxış edən klubların büdcəsi AÇIQLANDI – “Qarabağ” ən kasıblar sırasındabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Transfermarket” saytı Avropa Liqasında çıxış edən klubların büdcəsini açıqlayıb.

 

7Times.az xəbər verir ki, Avroliqada çıxış edən ən zəngin klub 743 milyon avroluq büdcə ilə “Mançester Yunayted”dir. İkinci sırada isə 647 milyon büdcəyə sahib “Arsenal”dır. İlk “üçlüy”ü İtaliyanın “Roma” klubu qapayır. Paytaxt təmsilçisinin büdcəsi 402 milyon avrodur.

 

Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” isə bu turnirin üç ən kasıb klublarındandır. Ağdam klubunun büdcəsi 14 milyon avro göstərilib. Moldovanın “Şerif” klubu da eyni büdcəyə sahibdir.

 

Kiprin AEK klubunun 12 milyon, Finlandiyanın HİK komandasının isə 9 milyon avroluq büdcəsi var.

Qarabağ”ın qrupunda yer alan “Olimpiakos”un 112 milyon avro, “Frayburq”un 150 milyon avro, “Nant”ın isə 94 milyon avroluq büdcəsi var.

 

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində çıxış edən digər komandalardan 7-nin büdcəsi 100 milyon avrodan, 6-nın isə büdcəsi 200 milyon avrodan çoxdur.