Avropa Birliyi Azərbaycanı və daha 5 ölkəni təhlükəsiz turistik ölkələr siyahısından çıxara bilər.
7Times.az xəbər verir ki, əgər bu baş versə, bu ölkələrdən Avropa Birliynə gələn şəxslər test və koronavirus karantini kimi daha sərt nəzarət mexanizmləri ilə üzləşəcək.
Avropa Birliyinin xüsusi səhiyyə komitəsi Azərbaycan, Serbiya, Bruney, Albaniya, Ermənistan və Yaponiyanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısından çıxarmağı təklif edib. Siyahıya Uruqvay da daxil edilə bilər.
Qərarın bu gün yekun müzakirə olunacağı və həftəsonuna qədərə rəsmiləşəcəyi gözlənilir. Rəsmi Brüssel adətən, səhiyyə komitəsinin təkliflərini adətən təsdiqləyir.
Follow @7timesaz