Avropa Birliyi İranın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək verdiyini bir daha bildirərək, İranın PUA sənayesinə yeni sanksiyalar tətbiq edib.
7Times.az xəbər verir ki, bu barədə Avropa Birliyi rəsmi bəyanat yayıb.“Avropa Birliyində olub-olmamasından asılı olmayaraq, İranın pilotsuz uçuş aparatlarının istehsalı sahəsində ona birbaşa və ya dolayısı ilə kömək edən bütün fiziki və hüquqi şəxslərə, qurumlara və ya orqanlara ehtiyat hissələrinin satışı, tədarükü, ötürülməsi qadağan edilməlidir”,-deyə bəyanatda bildirilib.
Follow @7timesaz