Avropa Birliyi (AB) Yaponiya vətəndaşlarına AB-yə qeyri-rəsmi giriş icazəsi verilən ölkələr siyahısından çıxarmaq niyyətindədir.
Bu barədə 7times.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, qərar Yaponiyada koronavirusa yoluxma hallarının artması ilə əlaqələndirilir.
Məlumata görə, AB-nin yenilənmiş “ağ siyahısında” Avropa Birliyi vətəndaşlarına səfər etməyə icazə veriləcək yalnız yeddi dövlət yer alacaq. Bunlar Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır.
Follow @7timesaz