İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni qarşıdan gələn qışın Avropa tarixində ən pis qışlardan biri ola biləcəyini deyib.
7Times.az -ın məlumatına görə, o bəyan edib ki, qazın qiymətinin qalxması fonunda qarşıdan gələn istilik mövsümü çətin keçəcək.
“Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik”, – deyən Paolo Gentiloni bununla belə vurğulayıb ki, bütövlükdə Avropa İttifaqı iqtisadiyyatının göstəriciləri müsbətdir və əmək bazarında vəziyyət yaxşıdır.Qeyd edək ki, avropalı mütəxəsislər Rusiya qazının tədarükündəki fasilələr səbəbindən köhnə qitənin 2023-cü ildə istilik mövsümünə hazırlıqda böyük problemlərlə üzləşəcəyini bildiriblər. Avropa ölkələrinin enerji resursları ilə təminatı problemləri ən azı 2025-ci ilə qədər uzana bilər və o vaxta qədər Avropa enerjinin istehlakçılar arasında bölüşdürülməsində çətinliklərlə üzləşəcək.
Follow @7timesaz