Gürcüstan Avropa İttifaqının təhlükəsiz ölkə siyahısından çıxarılıb.
7times.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Pisləşən epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanla bərabər Kanada və Tunis də Aİ-nin təhlükəsiz ölkələr siyahıdan çıxarılıb.
Digər dəyişikliyə əsasən Aİ olmayan doqquz ölkə – Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Uruqvay, Cənubi Koreya və Yaponiya təhlükəsiz ölkələr elan edilib.
Oxu.az
Follow @7timesaz