Dünya

Avropa İttifaqı Türkiyəyə təyyarə göndərir

Avropa İttifaqı Türkiyəyə təyyarə göndərirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Komissiyası Türkiyədə davam edən meşə yanğınlarının aradan qaldırılmasına dəstək göstərəcək.

7Times.az xəbər verir ki, bu haqda Aİ Komissiyası məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib. Komissiyası isə öz növbəsində dəstək məqsədilə Xorvatiyadan 1, İspaniyadan isə 2 “Canadair” təyyarəsinin Türkiyəyə göndərilməsi üçün prosesə başlayıb.

Həmçinin bildirilir ki, Avropa İttifaqının (Aİ) Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə ilə müntəzəm təmasdadır.