Dünya

Avropa limanlarında 6 ay ərzində on ton kokain ələ keçirilib

Avropa limanlarında 6 ay ərzində on ton kokain ələ keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin aprelindən sentyabr ayına qədər Avropanın dəniz limanlarında 35 ton kokain müsadirə edilib.

7Times.az  bu barədə Avropa Polis Təşkilatına (“Europol”) istinadən xəbər verir.

Narkotiklər əsasən Hamburq, Antverpen və Rotterdam limanları vasitəsilə daşınıb.

Polis Təşkilatı Cənubi Amerikadan Avropa ölkələrinə qadağan olunmuş maddənin konteynerlə daşınmasını təşkil edən cinayətkar şəbəkəni sıradan çıxarıldığını açıqlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının Köln və Hamburq şəhərlərində apardığı əməliyyatlar nəticəsində 6 qaçaqmalçı həbs edilib.

Kokainin bir hissəsi ananasların arasında meyvə qutularında gizlədilib.

“Report”