Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Komandalar püşkdən öncə iki səbətə bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
1/8 final
Cütlər:
“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
“Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Fənərbağça” (Türkiyə) – “Sevilya” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Bayer” Leverkuzen (Almaniya)
“Feyenoord” (Niderland) – “Şaxtyor” Donetsk (Ukrayna)
“Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya)
“Real Sosyedad” (İspaniya) – “Roma” (İtaliya)
“Union” (Belçika) – “Union” Berlin (Almaniya)
Follow @7timesaz