UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.
7Times.az xəbər verir ki, Şotlandiya “Reyncers” 1/4 finalın cavab oyununda Portuqaliya “Braqa”sı ilə qarşılaşıb. Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 101-ci dəqiqədə daha bir qol vuran Şotlandiya təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib.
Gecənin digər oyununda “Ayntraxt” “Barselona”ya 3:2 qalib gələrək, titullu klubu turnirdən kənarlaşdırıb.
Digər qarşılaşmada isə Almaniya “Leyptsiq”i adını növbəti raunda yazdırıb.
Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.
Follow @7timesaz