“Qarabağ”ın UEFA Avropa Liqasında mübarizə aparacağı qrup bəlli olub.
Offsideplus.az xəbər verir ki, İstanbul şəhərində keçirilən püşkatmaya Ağdam təmsilçisi ikinci səbətdən qoşulub. “Köhlən atlar” G qrupunda yer alıb. Qrupdakı digər komandalar aşağıdakılardır:
G qrupu: “Olimpiakos”, “Qarabağ”, “Frayburq”, “Nant”.
Qeyd edək ki, qrup oyunları 8,15 sentyabr, 6,13,27 oktyabr və 3 noyabr tarixlərində baş tutacaq.
Follow @7timesaz