Dünya

Avropa Mərkəzi Bankının qərarı avronu BAHALAŞDIRDI

Avropa Mərkəzi Bankının qərarı avronu BAHALAŞDIRDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən faiz dərəcələrini 75 bənd artıran Avropa Mərkəzi Bankı (AMB) faiz artımlarının davam edəcəyini açıqlayıb. AMB sədri Laqard yaxın gələcəkdə inflyasiyada artım gözlədiklərini, bu səbəbdən faiz artımlarının davam edəcəyini bildirib. 

7Times.az  xəbər verir ki, Laqard bu ilin son rübündə və 2023-cü ilin birinci rübündə inflyasiyanın sürətində yavaşlama gözlənildiyini bildirib.

AMB-nın ortaya qoyduğu mövqedən sonra avronun bir qədər yüksəlməsi, dolların isə ucuzlaşması müşahidə edilib. Dünənki açıqlamalardan sonra avro və dollar arasında olan paritet yenidən 1 həddini keçib.

Proqnozlara görə, oktyabrda AMB uçot dərəcəsini daha 75 baza bəndi artıracaq. Bu artım baş verərsə, avro bir qədər də bahalaşa bilər.