Dünya

Avropa səfirləri Ermənistan – Türkiyə sərhədinə gedib – Razılaşma havada qalıb…

Avropa səfirləri Ermənistan – Türkiyə sərhədinə gedib – Razılaşma havada qalıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ittifaqı ölkələrinin səfirləri Ermənistan və Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində olublar.

7Times.az  erməni mətbuatına istinadla xəbər verir ki, səfirləri Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan müşayiət edib.

Səfirlərə gömrük-keçid məntəqələrinin infrastrukturunun müasirləşdirilməsi, o cümlədən sərhəd nəzarətinin xüsusiyyətləri, gömrük islahatlarının əsas istiqamətləri, o cümlədən ticarətin asanlaşdırılması, rəqəmsallaşma və infrastrukturun modernləşdirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və əldə olunmuş nailiyyətlər təqdim olunub.

2022-ci ilin iyulunda Vyanada keçirilən dördüncü görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin mümkün qədər tez açılması barədə razılığa gəliblər. Erməni tərəfi artıq təxminən 1 milyard dram xərcləyərək Ermənistan – Türkiyə sərhədindəki Marqara keçid məntəqəsini yenidən qurmuşdu, lakin razılaşmadan iki il sonra, iyulun 30-da səfirlər Ruben Rubinyan və Seydar Kılıçın görüşündə razılaşmanın nə vaxt həyata keçiriləcəyi sualına cavab verilmədi.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistan – Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə sərhədin açılacağını bəyan edərək, Ermənistan – Türkiyə və Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsi proseslərinin bir-biri ilə əlaqəli olduğunu vurğulayıb.

“AzPolitika.info”