Aktual

Avropa Şurasından Quranın yandırılmasına sərt reaksiya

Avropa Şurasından Quranın yandırılmasına sərt reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası nəzdində müstəqil insan haqları monitorinq bölməsi olan İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyası (ECRI) hesabat yayıb.

 

7Times.az  xəbər verir ki, hesabatda Danimarka hökumətinin irqçi ekstermist Rasmus Paludana Qurani-Kərimi yandırması üçün şərait yaratması tənqid edilib.

 

“Danimarkada siyasətçilər və müxtəlif siyasi partiyalar da daxil olmaqla, bir çox seqmentlər tərəfindən müsəlmanlar ölkənin mədəniyyəti və dəyərlərinə təhlükə olaraq xarakterizə edilir. Müsəlmanların təhqir edilməsi, etnik cəhətdən təmizlənməsinin istənilməsi ən bariz nifrət cinayətidir. Müsəlmanlara qarşı belə münasibəti müdafiə edən ifrat sağ partiya lideri Rasmus Paludan təəssüf ki, müsəlmanlara qarşı hərəkətlərini ifadə azadlığı kimi dəyərləndirmiş və polisin dəstəyindən yararlanmışdır”,- hesabatda deyilir.

 

ECRI-nin hesabatına dövlət qurumlarına belə partiyalarla bağlı xəbərdarlıq da daxil edilib.

 

“Nifrət cinayətləri törədən, yaxud üzvlərinin belə hərəkətlərinə mane olmayan bütün siyasi partiya və təşkilatlardan hər cür dəstəyi geri götürün”, – sənəddə qeyd olunub.

 

Xatırladaq ki, bu yaxınlarda Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Qurab kitabını yandırıb. Onun bu addımı dünya müsəlmanlarının etirazına səbəb olub.