Aktual

“Avropada bu qədər kişi qalmayıb…” Kadırov

“Avropada bu qədər kişi qalmayıb…” – Kadırovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın başçısı Ramzan Kadırov NATO-nun öz ordusunun sayını 2024-cü ilə 300 min nəfərə qədər artıra biləcəyinə şübhə etdiyini bildirib.

«Avropada bu qədər kişi qalmayıb. Onlarda kişiləri kişi, arvadları isə arvad adlandırmaq olmaz. Bu barədə yalnız «orta cins»də danışmaq olar. Bizim üçün onlarla vuruşmaq ayıb olsa da, amma əgər onlar bizim yerlərə gəlsələr, sərhədlərimizi pozsalar, biz, onları dayandırmalıyıq» – Kadırov özünün Teleqram-kanalında iyunun 30-da bəyan edib.

Bunun üçün Rusiyanın kifayət qədər gücü var, Kadırov əmin edib.

«Hər bir Avropa ölkəsi Rusiya Federasiyasının bir bölgəsi kimidir. Biz, 100 faiz hazırlaşırıq… Qar, şaxta və sanksiyalar bizim üçün qorxulu deyil. Qələbə bizimlədir. Onlarda heç nə alınmayacaq» – Kadırov fikrini yekunlaşdırıb.