Dünya

Avropanın baş diplomatı Çinə qarşı birləşməyə çağırır – Borrel Aİ nazirlərinə nə yazıb?

Avropanın baş diplomatı Çinə qarşı birləşməyə çağırır – Borrel Aİ nazirlərinə nə yazıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqı () ölkələrini Çinin dünyada artan təsirinə görə onunla qarşılıqlı fəaliyyət strategiyasına yenidən baxmağa çağırıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə Borrelin Avropa ölkələrinin xarici işlər nazirlərinə ünvanladığı və “Financial Times” qəzetinin yaydığı məktubda deyilir.

O vurğulayır ki, bir çox inkişaf etməkdə olan ölkələr Çini Qərbə və Avropaya qarşı tarazlıq kimi görürlər. Onların əksəriyyəti Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq qoyulan sanksiyaları dəstəkləməkdən çəkinir. Çin özünü müharibələrə başlamayan və digər ölkələrə “rəqiblərinə” sanksiya tətbiq etmək üçün təzyiq etməyən “aqressiv olmayan güc” kimi göstərmək fürsətindən yararlanır.

Borrell Aİ ölkələrini Çinlə qarşılıqlı əlaqə üçün Çinin artan millətçiliyinə və ABŞ-la rəqabətinin sərtləşməsinə cavab verəcək strategiya qurmağa çağırır.

Yeni Çin siyasəti gələn ay hazırlanacaq, lakin müzakirələr daha erkən başlayacaq. Onlar Çini “tərəfdaş, rəqib” kimi görən hazırkı strategiyanın dəyişdirilməsinə diqqət yetirəcəklər. Danışıqlarla tanış olan diplomatlar deyirlər ki, yeni strategiyanın “rəqib” statusuna daha çox əhəmiyyət verəcəyi gözlənilir.

Borrelin məktubuna əsasən, Avropa İttifaqı “inkişaf etməkdə olan ölkələrin artan gücünü əngəlləməyə” çalışmamalıdır. Borrell həmçinin qeyd edir ki, o, Rusiyanı ritorik dəstəkləməsinə baxmayaraq, Ukraynadakı müharibə ilə bağlı Pekinlə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.