“Avroviziya-2022”də təmsilçimiz Nadir Rüstəmli və Malta təmsilçisi Emma Muskatın səmimi görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, görüntüləri Avroviziya şərhçimiz, bəstəkar-müğənni Murad Arif sosial media hesabında paylaşıb.
“Maltadan həmişə xal almışıq, deyəsən bu dəfə qız alırıq. Siz bir görəydiniz bu ikisi bütün axşam necə baxışırdılar. Axırda qızın ürəyi dözmədi, aldı jurnalist mikrofonunu və Nadirə yaxınlaşdı. Bir sözlə, hazırlaşın, Maltadan Salyana gəlin gəlir”, – deyə M.Arif əlavə edib.
Qeyd edək ki, bu gün “Avroviziya-2022” mahnı müsabiqəsinin ilk yarımfinal günüdür. İctimai TV-də izləyə biləcəyiniz programda 17 ölkə təmsilçisi çıxış edəcək. Günün sonunda yalnız 10 ölkə müsabiqənin finalına vəsiqə qazanacaq.
Sözügedən görüntüləri təqdim edirik: