Ukrayna adından Böyük Britaniyada baş tutacaq 67-ci “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün təklif olunan 5 şəhərlərin sayı 2-yə düşüb.
Axşam.az xəbər verir ki, hazırda sona qalan Qlazqo və ya Liverpul şəhərləri arasında seçim ediləcək. Avropa Yayım Birliyi (AYB) bəyan edib ki, məhz bu şəhərlər müsabiqəyə ev sahibliyi etmək hüququ uğrunda mübarizəni davam etdirəcək.
Nəticənin yaxın günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanın “Kaluş” qrupu olub. Onlar “Stefaniya” mahnısı ilə birinci yerə layiq görülüblər. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib.
Follow @7timesaz