Maqazin

“Avroviziya”da Azərbaycan qalib olacaq – “Daily Express”

“Avroviziya”da Azərbaycan qalib olacaq – “Daily Express”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşri Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qalib olacağını yazıb.

7times.az xəbər verir ki, qəzet bu axşam Samirə Əfəndinin gözlənilməz qalibiyyət əldə edəcəyini qeyd edərək bunun 3 səbəbini sadalayıb: Əfəndinin musiqi yarışmalarındakı təcrübəsi, Azərbaycanın “Avroviziya”da ən uğurlu ölkələrdən biri olması və əvvəllər favorit olmasa da, müsabiqədə qalib gəlməsi.

Vurğulanıb ki, sənətçi qalib titulunu təmin edə biləcəyini vəd edən bir keçmişə sahibdir.

Qeyd edək ki, yarışmanın böyük finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq, təmsilçimiz S. Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək. Qafqazinfo.az