Maqazin

“Avroviziya” elə onunla da bitdi” – Elnur Hüseynov

“Avroviziya” elə onunla da bitdi” – Elnur Hüseynovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya”da bizim ən böyük problemimiz öz mahnımızın çıxmamasıdır. Öz bəstəkarlarımız, sənətçilərimiz olmalıdır. Məncə, var da. Amma öz mahnımızla çıxsaq, daha doğru olar. Bu, “Avroviziya” ilə çalışan adamların problemidir”.

Bu sözləri 7Times.az-a açıqlamasında “Avroviziya” təmsilçilərimizdən olan Elnur Hüseynov deyib. Müğənni etiraf edib ki, yarışmaya qatıldığı ərəfədə o da bu çətinliklərlə qarşılaşıb:

“Biz hamımız bu problemlərlə qarşılaşdıq. Çünki… Nə bilim. Yenidən qatılsaydım, elə o zaman qatılardım. 2008-də qatılmışdım, elə öz mahnımızla, bir dəfə Gövhər Həsənzadənin “Day after day” mahnısı ilə səhnəyə çıxdıq. Amma elə onunla da bitdi. Ondan sonra mənim üçün də düzü bitdi. Öz mahnımız olsa, yazsaq, öz dilimizdə olsa, məncə daha gözəl ola bilər. Çünki o zaman biz gərçək biz oluruq. Burada heç kəsə söz atmıram, fikrimi deyirəm. Problem inşallah, həll olunacaq. Nə zaman olacaq, ona baxarıq”.

2015-ci ildə “O səs Türkiyə” yarışmasının qalibi olan Elnur həmin layihədə qarşılaşdığı problemlərə isə belə münasibət bildirib:

“Hər bir layihədə, hər bir həyatda bu var. Hər bir zamanın yaxşı tərəfi də, pis tərəfi də olur. Hər dəfə pisi danışmayaq. Ümid edək ki, yaxşılar daha çox  olacaq”.

7Times.az