Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.
7Times.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.
“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.
Follow @7timesaz