Dünya

Avstraliya parlamentində ilk hicablı müsəlman qadın– Fatimə ilk çıxışında nələr dedi?..-VİDEO

Avstraliya parlamentində ilk hicablı müsəlman qadın- Fatimə ilk çıxışında nələr dedi?..-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avstraliyanın federal parlamentində ilk hicablı müsəlman qadın olan Fatimə Peyman çərşənbə günü Senatdakı ilk çıxışında hicab taxan qızları “bunu qürurla  etməyə” çağıraraq gənc nəslə ilham verib.

 

 

Moderator.az xəbər verir ki, bu haqda  “SBS News” nəşri məlumat yayıb.
Senat qarşısında hicablı qiyafədə qürurla çıxış edən Peyman parlamentin Avstraliyanın “əsl müxtəlifliyini” əks etdirməyə başladığını söyləyib.
“Yüz il bundan əvvəl, qoy on il bundan əvvəl, bu parlament hicablı qadını seçkiyə qəbul edərdimi?” – deyə  Fatimə Senatdakı çıxışında sual edib.
“Məni nə geyinməli olduğuma görə mühakimə etməyə və ya bacarıqlarımı xarici görünüşümə görə qiymətləndirməyə qərar verənlər, bilin ki, hicab mənim seçimimdir”- deyib müsəlman deputat.
Xatırladaq ki,  bu ilin iyun ayında  Avstraliya Seçim Komissiyası Qərbi Avstraliya üçün  İşçi Partiyasından 27 yaşlı Fatimə Peymanın qalib gəldiyini təsdiq edib.
27 yaşında Peyman həm də Senat tarixində  hazırda ən gənc və bu parlamentin tarixi boyu yaşına görə üçüncü gənc senatordur.
Mehrin Faruki Avstraliyanın ilk müsəlman qadın senatorudur, lakin hicab taxmır. Bu ilin əvvəlində Ənn Əli və Əd Husik Avstraliyanın ilk müsəlman nazirləri olmaqla tarix yazıblar.