Dünya

Avstraliyada ölüm rekordu qeydə alındı

Avstraliyada ölüm rekordu qeydə alındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Avstraliyada gözləniləndən təxminən 20 min daha çox insan ölüb və bu, ölkə üçün İkinci Dünya Müharibəsindən bəri ən izafi ölüm sayı olub.

Bazar ertəsi açıqlanan yeni məlumatlara görə, 2022-ci ildə izafi ölümlərdə 12 faizlik artım olub.

Bildirilib ki, koronavirus 10 300 əlavə ölüm üçün əsas, daha 2 900 ölüm hadisəsi üçün isə köməkçi amil kimi qeydə alınıb.

Vurğulanıb ki, 2020-2021-ci illərdə Avstraliyanın səhiyyə sisteminə güclü zərbə dəyib. Minlərlə xəstə bir ildən artıq müddətdə lazımi tibbi yardımı, xüsusən də operativ şəkildə lazım olan yardımı ala bilməyib. Ölüm sayının kəskin artmasında məhz bu amil də rol oynayıb.