Dünya

Avstriyada müəllim Türkiyədən gələn uşaqları təhqir etdi

Avstriyada müəllim Türkiyədən gələn uşaqları təhqir etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada müəllim dərslərində Ukrayna, Türkiyə və Suriyadan olan uşaqları təhqir edib.

İnsident Vyana məktəblərinin birində yaşanıb.

Məlumata görə, hazırda məsələ ilə şəhərin təhsil idarəsi məşğul olur.

Müəllim türk uşaqlarına ölkələrinə qayıtmağı təklif edib, suriyalı və ukraynalı azyaşlılara da oxşar təklif ünvanlayıb.

“Bu, çox təhqiramiz davranışdır. Bununla məşğul olacağıq. Biz məktəblərdə soruşmuruq ki, kim haradandır, kimdir, bizim üçün hamı eynidir. Söhbət kimin nə qədər qazanması və harada yaşamasından deyil, biliklərin ötürülməsindən gedir”, – Vyana Təhsil Departamentinin direktoru Henrix Himmer bildirib.(oxu.az)