Ölkə

Avtobusların üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazıldı – FOTO

Avtobusların üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda xəttə çıxan marşrut avtobuslarının bəziləri qeyri-adi tərtibatı ilə sərnişinlərin diqqətini çəkib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda qeyd olunub.

Belə ki, Avtobusların üzərinə “Qarabağ Azərbaycandır!” və “Qələbə Bizimlədir!” şüarı yazılıb. Həmçinin, dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub.

Məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.