Hadisə

Avtomobil üç maşına çırpılıb mağazaya girdi – ANBAAN VİDEO

Avtomobil üç maşına çırpılıb mağazaya girdi – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

Yolda sürətlə hərəkət edən VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış VAZ-2106, VAZ-21011 və VAZ-2107 markalı avtomobillərə çırpılıb.

Sonra VAZ-2107 markalı avtomobil elektrik dirəyini aşırıb, daha sonra isə “Telefon evi” adlı mağazanın pəncərəsindən içəri daxil olub.

Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan üç nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Telefon mağazasının sahibi Rauf Musayev bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almasa da, həyəcan keçiriblər.

Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.