Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib.
7Times.az ölkə.az-a istinadən bildirir ki, Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletlər texniki baxışdan azad ediləcək.
Lakin bu taksi və sərnişinlərin daşınması üçün istifadə olunan, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillərə şamil edilməyəcək.
Follow @7timesaz